Kiprin yunan hissəsinin parlamenti İsveçrə və Yunanıstan kimi ölkələrin yolu ilə gedərək ermənilərin xeyrinə söz azadlığına boğan yeni qanun qəbul edib. Parlament 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş erməni-müsəlman toqquşmalarını soyqırım kimi qəbul etməyənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.
Səs vermədən sonra danışan parlament sədri Yiannakis Omiru "Bu gün tarixi bir gündür" deyib. Parlamentdə təmsil edilən bütün siyasi partiyaların ortaq şəkildə təqdim etdiyi layihədə bildirilir ki, "soyqırımı, döyüş günahlarını və insanlıq əleyhinə törədilmiş cinayətləri" tanımayanlar üçün cinayət sanksiyaları nəzərdə tutulur.
Qanunun təklif edilməsinə səbəb olaraq 2015-ci ildə 1915-ci il hadisələrinin 100 illiyinin qeyd edilməsi göstərilib. Oxşar qanun İsveçrə, Yunanıstan və Slovakiyada qəbul edilmişdi. Kiprin yunan hissəsi hələ 1975-ci ildə 1915-ci il hadisələrin "soyqırım" kimi tanıyıb.(ans)
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.