banner
banner

Dünya

Bərkdən xoruldayan qadını palata qonşusu öldürdü

Bərkdən xoruldayan qadını palata qonşusu öldürdü

Rostov vilayətinin Samarskoe kəndindəki xəstəxanasının əməkdaşları aprelin 1-də gecə palatada 74 yaşlı pasiyentin meyitini aşkarlayıblar.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, qadın insult keçirəndən sonra komaya düşüb və bir neçə həftə həkimlərin nəzarətində olub. İlkin ehtimala görə, pensiyaçını palatadakı qonşusu, 34 yaşlı Miqunov öldürüb.
“Gənc adam həmin palataya martın 31-də sətəlcəm diaqnozu ilə yerləşdirilib. O, gecə bıçaqla pasiyenti öldürüb”, - xəstəxanadakı mənbə deyib.
Araşdırma zamanı məlum olub ki, 34 yaşlı pasientin psixi cəhətdən heç bir problemi yoxdur. İlkin məlumata görə, qətlə səbəb pensiyaçının bərkdən xoruldaması və Miqunovun istirahətinə mane olmasıdır.
Pensiyaçının qohumları da hesab edirlər ki, 34 yaşlı kişi onu bərkdən xoruldamasına görə öldürüb.
Məlumatda qeyd edilir ki, hazırda saxlanılan şəxs qadının boğazını kəsməklə öldürüb.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.