Türkiyəli aktyor Kıvanç Tatlıtuğ haqqında yeni iddia ortaya atılıb.
Axşam.az xəbər verir ki, onun məşhur "Victoria's Secret" mələyi Sara Sampayo ilə münasibətinin olduğu bildirilir.
İddiaya görə, cütlük başqa ölkədə bir oteldə görüşüb. Sosial mediada gündəm olan bu xəbər aktyorun fanatlarını özündən çıxarıb. Onlar bunun Tatlıtuğa qarşı tələ olduğu qənaətindədir.
Aktyor və xanımı Başak Dizer hələlik məsələ ilə bağlı hər hansı açıqlama verməyib.
Qeyd edək ki, Tatlıtuğ Sampayo ilə 2013-cü ildə eyni reklam filmində rol alıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.