banner
banner

Dünya

Bağdadi alman qızla evləndi

Bağdadi alman qızla evləndi

İŞİD terrorçu qruplaşmasının lideri Əbu Bəkr Əl Bağdadi bu yaxınlarda İraqa qaçmış gənc alman qızla evlənib.
İraqın "Əs Sümariyə" telekanalının Naynav vilayət administrasiyasındakı mənbəyə istinadən yaydığı məlumata görə, Bağdadi Almaniya vətəndaşı ilə izdivacını yüksək məxfilik və təhlükəsizlik tədbirləri şəraitində ekstrimistlərin tutuduğu Mosul şəhərində, məhkəmə kargüzarlığı şöbəsində qeydiyyatdan keçirib.

Nigahdan sonra İŞİD liderinin yeni həyat yoldaşı ilə birgə İraqda qaldığı və ya qonşu Suriyaya getdiyi bəlli deyil.

Qeyd edək ki, bundan bir neçə gün əvvəl Almaniya kəşfiyyat idarəsi son aylar ərzində Almaniyadan 70-dən çox qadının İŞİD ekstrimistlərinə qoşulmaq üçün Suriya və İraqa qaçdığı xəbərini yaymışdı. Həmin qızlardan yarısı 25 yaşdan aşağıdır. Qaçan almanlardan doqquzunun isə heç yetkinlik yaşına çatmadığı bildirilir.(anspress)



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.