Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin heç vaxt Rusiyanın bir hissəsi olmayacağını bildirib. Ölkə lideri həmçinin Rusiya rəhbərliyinin də bu barədə təklif etmədiyini qeyd edib. “Bilirsinizmi, keçmişdə belə ehyamlar olub və mən onlara çox sərt reaksiya göstərmişəm. Qərbin Belarusa qoyduğu sanksiyalar anaxronizmdir və nəinki Rusiyanı, heç balaca Belarusu da boğmaq gücündə deyil”, - deyə Lukaşenko "Bloomberg" saytına müsahibəsində bildirib. Onun sözlərinə görə, siyasətçilərin və jurnalistlərin iddialarına baxmayaraq, Putinin “imperiya ambisiyaları” yoxdur. Bununla belə, o məsləhət görüb ki, Rusiyaya çox da əl uzatmasınlar: "Rus mentaliteti dəyənəyi cavabsız buraxmaz”.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.