banner
banner

Gündəm

Kərəm Həsənov vəzifəsində qalacaqmı...

Kərəm Həsənov vəzifəsində qalacaqmı...

Vətəndaşlar daşınmaz əmlakın dövlət qeydiyyatı prosesi ilə maraqlanır

Prezidentin fərmanı ilə Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilməsindən iki həftə keçir. Bu müddət ərzində xüsusilə daşınmaz əmlakın dövlət qeydiyyatı prosesi ilə bağlı əhalidə müəyyən suallar yaranıb. Bir çox insanlar redaksiyamıza müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin qeydiyyat strukturlarının öz fəaliyyətini davam etdirib-etdirməməsi ilə maraqlanırlar.

Qeyd edək ki, fərmanın 3-cü bəndinə əsasən, İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan dövlət orqanlarının və onların tabeliyində olan qurumların strukturu, işçilərinin say həddi, hüquqi vəziyyəti, vəzifə maaşları, əməyin ödənilməsi sistemi və xidmətkeçmə ilə bağlı hüquq və vəzifələri ilkin mərhələdə dəyişməz olaraq qalır. Yəni nazirliyə birləşdirilən qurumlar öz fəaliyyətlərini əvvəlki qaydada davam etdirirlər. Bu baxımdan, vətəndaşların əmlakın qeydiyyatına dair müraciətlərinə qanunvericiliyin tələblərinə uyğun müddətdə baxılacaq.

Kərəm Həsənov ile ilgili görsel sonucu

Ölkə başçısının fərmanından sonra ictimaiyyəti maraqlandıran digər məsələ İqtisadiyyat Nazirliyinə birləşdirilən qurumların əvvəlki rəhbərləri ilə bağlıdır. Prezident fərmanına əsasən, nazirliyin tərkibində 3 xidmət yaradılıb. Bunlar Vergilər, Əmlak və Antiinhisar Fəaliyyəti və İstehlakçıların Hüquqlarını müdafiə xidmətləridir. İqtisadiyyat naziri postuna Mikayıl Cabbarovun təyin olunduğunu nəzərə alsaq, qalan iki qurumun rəhbərlərinin taleyi maraq doğurur. Fərmanın 3-cü bəndi Kərəm Həsənov və Zahid İsayevə də şamil olunurmu?

Əldə etdiyimiz məlumata görə, rəhbəri olduqları qurumların hüquqi statusu dəyişdiyinə görə hər iki şəxs avtomatik olaraq vəzifəsini itirmiş olur. Bu qurumların əsasında İqtisadiyyat Nazirliyi tərkibində yaradılan xidmətlərə isə hələ ki rəhbər təyinatı aparılmayıb.

Onu da qeyd edək ki, Dünya Bankının açıqladığı “Doing Business -2020" hesabatına əsasən, Azərbaycanın mövqeyi əmlakın qeydiyyatı sahəsində xeyli zəifləyib. Belə ki, keçənilki hesabatda bu indikator üzrə 17-ci yeri tutsa da, bu il 44-cü pilləyə enib. Dünya Bankı ekspertləri hesab edirlər Azərbaycanda əmlakın qeydiyyatı kadastrların əhatə dairəsinin genişlənməsi və kadastr planlarının rəqəmsallaşdırılması hesabına daha asan və şəffaf olub. Lakin Azərbaycan əmlakın başqasına ötürülməsi zamanı notariusun depozit hesabına pul qoymağı icbari edərək prosesi çətinləşdirib. Nəticədə bu indikator üzrə mövqeyimiz 27 pillə geriləyib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.