banner
banner

Gündəm

Azərbaycanlı ailə Almaniyadan deportasiya edilib

Azərbaycanlı ailə Almaniyadan deportasiya edilib

Almaniyada sığınacaq istəkləri qəbul edilməyən Davudovlar ailəsi Azərbaycana deportasiya edilib.

“Report”un əldə etdiyi məlumata görə, 2015-ci ildə Almaniyaya gedərək bu ölkədən sığınacaq istəyən Davud, Ülviyyə və onların övladları - 11 yaşlı Fatimə və 9 yaşlı Binnət ötən gecə saat 4 radələrində Azərbaycana göndərilmələri üçün hava limanına aparılıb.

Bayroyt İnzibati Məhkəməsinin qərarı ilə deportasiya edilən ailənin Almaniyada işləmələri və inteqrasiya etmələri nəzərə alınmayıb.

Onlar sığınacaq istəklərinin rədd edilməsi ilə bağlı Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəninin (BAMF) qərarından məhkəməyə dəfələrlə şikayət etsələr də, deportasiyadan qoruna bilməyiblər.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.