banner
banner

İdman

Lüksemburqlu nazir "Düdelanj" - "Qarabağ" oyununda erməni təxribatı ilə bağlı deputatların sorğusuna cavab verib

Lüksemburqlu nazir "Düdelanj" - "Qarabağ" oyununda erməni təxribatı ilə bağlı deputatların sorğusuna cavab verib

Lüksemburqun Milli Təhlükəsizlik naziri Fransua Bauş UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda yerli “Düdelanj” komandasının “Qarabağ”la oyunu zamanı baş vermiş erməni təxribatı ilə bağlı Lüksemburq Parlamentinin deputatları Nensi Kepm-Arendt və Pol Qallın sorğusuna cavab verib.

“Report” xəbər verir ki, nazir sorğuya cavab olaraq, Lüksemburq polisinin UEFA tərəfindən oktyabrın 3-də “Jozi Bartel” stadionunda baş tutan matçda xüsusi təhlükəsizlik tədbirlərinin görülməsi barədə məlumatlandırılmadığını bildirib: “Biz oyunda dinc azarkeşlərin olacağını gözləyirdik. Həmçinin görüş zamanı stadionun üzərində dronun uçma ehtimalı barədə də heç bir xəbərdarlıq edilməmişdi. Üzərində erməni separatçılarının bayrağı asılan dron stadionun üstündən uçan zaman vəziyyətin kəskinləşəcəyi ehtimal edildikdə, 30 agent dərhal əlavə dəstək çağrıldı. Dron və onu idarə edənlər tapılmadı. Nəzarət kameralarının görüntülərinin keyfiyyəti aşağı olduğu üçün oradan da heç bir nəticə əldə edilmədi”.

F.Bauş istintaqın davam etdirildiyini və bu barədə yaxın həftələrdə məlumat veriləcəyini bildirib.

Qeyd edək ki, “Qarabağ”ın oktyabrın 3-də Lüksemburqda “Düdelanj”ı 4:1 hesabı ilə məğlub etdiyi görüşün 30-cu dəqiqəsində vurduğu ikinci qoldan sonra “Jozi Bartel” stadionunun üzərinə dron vasitəsilə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirilib. Bundan sonra şotlandiyalı referi Con Biton Ağdam komandasının futbolçularının tələbi ilə matçı saxlayıb. Ardınca Lüksemburqun idman naziri Dan Kerş Azərbaycan çempionunun soyunub-geyinmə otağına gələrək üzr istəyib. Nazir ölkəsinin Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi saydığını, təxribatçıların tapılaraq cəzalandırılacağını deyib. D.Kerş üzrxahlığını stadionun diktor otağında da elan etdikdən sonra oyun davam etdirilib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.