Türkiyəli aktrisa Fahriye Evcen linza firmasının reklamında çəkiləcək.
Axşam.az xəbər verir ki, sözügedən firma 2 milyon lirəlik təkliflə daha əvvəl Tuba Büyüküstün və Beren Saata müraciət etsə də, təbiilikdən yana olduğunu bildirən aktrisalar təklifi rədd ediblər. Reklam qiymətini endirən marka Fahriye ilə 750 min lirəyə razılaşıb. Sənətçi yaxın günlərdə kameralar qarşısına keçəcək.
Qeyd edək ki, ğlu Karan doğuldudan sonra ekranlardan uzaqlaşan aktrisa ara-sıra sosial media hesabında linza reklamlarına yer verir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.