banner
banner

İdman

Bakı məktəblisi erməni idmançıya qalib gələrək qızıl medal qazanıb - FOTOLAR

Bakı məktəblisi erməni idmançıya qalib gələrək qızıl medal qazanıb - FOTOLAR

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 21 nömrəli tam orta məktəbin VI sinif şagirdi Kənan Cəfərli 37 kiloqram çəki dərəcəsində kikboksinq idman növü üzrə Rusiyada keçirilən beynəlxalq yarışda bütün rəqibləri üzərində qələbə qazanaraq I yerə layiq görülüb.

İdarədən "Report"a verilən məlumata görə, final mərhələsində erməni idmançıya qalib gələn məktəbli qızıl medal və diplomla mükafatlandırılıb.

Vətənə qalibiyyətlə dönən digər idmançılar isə 82 nömrəli tam orta məktəbin şagirdləridir. Məktəbin VIII sinif şagirdi Sənan İsgəndərzadə universal döyüşün layt növü, X sinif şagirdi Kənan İsgəndərzadə isə klassik növü üzrə Ukraynada keçirilən dünya çempionatında 81 kiloqram çəki dərəcəsində bütün rəqibləri üzərində qələbə qazanıblar. Məktəblilər qızıl medal və diplomla mükafatlandırılıblar.

Paytaxtdakı 311 nömrəli tam orta məktəbin I sinif şagirdi Gülnaz Şərifova Gürcüstanda gimnastika üzrə keçirilən beynəlxalq yarışda uğurlu çıxışına görə bütün rəqiblərini geridə qoyaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Final mərhələsində erməni idmançıya qalib gələn məktəbli qızıl medal və diplomla mükafatlandırılıb.

164 nömrəli tam orta məktəbin VI sinif şagirdi Rəna Fətəliyeva da Gürcüstanda gimnastika üzrə keçirilən beynəlxalq yarışda I yeri tutub. R.Fətəliyeva qızıl medal və diplomla mükafatlandırılıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.