2015-ci ildə Ermənistan ordusunda ölüm hallarının sayı artıb. Bu haqda məlumat Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin hazırladığı hesabatda əksini tapıb. 2015-ci il ərzində Ermənistan ordusu və Qarabağda yerləşən hərbi birləşmələrdə ümumilikdə 20 insident baş verib və bu inisidentlərdə 26 hərbçi ölüb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur.
Azərbaycan müdafiə naziri Zakir Həsənov isə ötən gün Tiflisdə jurnalistlərə açıqlamasında bu ilin əvvəlindən ermənilərin 30-dan çox hərbçisini itirdiyini bildirmişdi. Zakir Həsənov əlavə edib ki, Ermənistan ordusunda baş verən bu hərc-mərcliklər əhalinin əhval-ruhiyyəsinə də təsir edib.
“Ermənistan Silahlı Qüvvələri bu itkiləri gizlətsə də, özlərinin açıqladıqları rəsmi məlumatlara görə, 30 hərbçi itiriblər. Müxtəlif saytların itkilər barədə yaydığı məlumatlarda isə bu rəqəm 50-yə gedib çıxır. Bu itki yalnız bu il baş verib", - deyə nazir əlavə edib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.