banner
banner

Hərbİ

Ermənistanda hesabat açıqlandı: orduda itkilər bu il ikiqat artıb

Ermənistanda hesabat açıqlandı:

2015-ci ilin ilk 3 ayı ərzində Ermənistan ordusunda və qondarma “DQR”  qüvvələrində 20 insident qeydə alınıb, nəticədə 26 hərbçi həlak olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə ikiqat artıqdır.

Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin yaydığı hesabatda bu barədə bildirilir.

Erməni hüquq müdafiə təşkilatının hesabatına əsasən 26 ölüm hadisəsindən 19-u atəşkəsin pozulması nəticəsində baş verib. 2 qətl hadisəsi, 2 intihar baş verib, 1 hərbçi döyüş xidməti qaydalarını pozması nəticəsində, 1 əsgər isə xəstəlikdən ölüb.

Atəşkəsin pozulması nəticəsində ölüm hallarının 15-i Dağlıq Qarabağda baş verib. 4 ölüm hadisəsi Ermənistan ərazisində qeydə alınıb. Hesabatda deyilirdi ki, 2014-cü ilin bütün dövrü ərzində atəşkəsin pozulması nəticəsində ölüm halları 26 idi.

“Bu isə o deməkdir ki, Azərbaycanla təmas xəttində vəziyyət gərginləşir və bu isə öz növbəsində böyük sayda itkilərə gətirib çıxarır”- deyə təşkilat bildirir.

Qeyd edək ki, erməni hüquq müdafiə təşkilatı orduda itkilərin statistikasını Müdafiə Nazirliyinin açıqladığı faktlar əsasında aparıb. Hansı ki, Ermənistan Müdafiə Nazirliyi döyüş itkilərinin heç də hamısını açıqlamır.

Məsələn, martın 19-da Goranboy və Tərtər istiqamətlərində gedən döyüşlərdə ermənilərin rəsmən açıqlanan itkilərinin sayı 4 olsa da əslində düşmən ordusunun 20-dək əsgər itirdiyi təsbit edilib.(virtualaz.org)



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.