banner
banner

Gündəm

Novruz Məmmədov kollektivə təqdim olunub

Novruz Məmmədov kollektivə təqdim olunub

Azərbaycan Dillər Universitetində (ADU) Elmi məsələlər üzrə prorektor Novruz Məmmədov kollektivə təqdim olunub.

ADU-dan Trend-ə verilən məlumata görə, onu universitetin professor-müəllim heyətinə ADU-nun rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla təqdim edib. Kamal Abdulla bildirib ki, universitetdə struktur dəyişikliyi edilib: “Tədris işləri üzrə prorektor, professor Əfqan Abdullayev öz fəaliyyətini Təhsil Nazirliyində davam edəcək. ADU-nun Tədris işləri üzrə prorektoru vəzifəsinə Elmi işlər üzrə prorektor, professor Sevinc Zeynalova təyin olunub. Elmi məsələlər üzrə prorektor isə Novruz Məmmədov təyin olunub. Novruz Məmmədov uzun illər ADU-da dekan, kafedra müdiri kimi çalışıb. İnanıram ki, Novruz Məmmədov öz fəaliyyətini bizim universitetdə ləyaqətlə davam edəcək. Bundan sonra Novruz müəllim öz doğma universitetində çalışacaq”.

N.Məmmədov ona göstərilən etimada görə təşəkkür edib: “Yenidən Azərbaycan Dillər Universitetində qayıtmaqdan məmnunam. Bura qayıtmaq mənə daxili rahatlıq gətirir. Azərbaycan Dillər Universitetinin yüksək nüfuzu var. Onun nüfuzunu daha da qaldırmaq üçün çalışacağam”.

Qeyd edək ki, Novruz Məmmədov 25 il Azərbaycan Dillər Universitetində çalışıb. Bu illər ərzində baş müəllim, dosent, dekan, kafedra müdiri kimi fəaliyyət göstərib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.