banner
banner

Sosİal

9 ayda 13 minə yaxın cütlük boşanıb

9 ayda 13 minə yaxın cütlük boşanıb

Dövlət Statistika Komitəsi demoqrafik göstəriciləri açıqlayıb. Novator.az bildirir ki, rəsmi hesabata görə, 2019-cu ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 0,6 faiz artaraq oktyabrın 1-nə 10 milyon 44 min 466 nəfərə çatıb. Əhalinin 49,9 faizi kişilər, 50,1 faizi qadınlardır.

Yanvar-sentyabr ayları ərzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri 104 min 702 doğulan körpə qeydə alıb. Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi qız uşaqlarıdır.

Doqquz ayda 42 min 17 ölüm halı, 46 min 898 nikah, 12 min 713 boşanma rəsmiləşib.

Yanvar-sentyabr ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin daimi yaşamaq üçün 1520 nəfər gələn, 1196 nəfər gedən qeydə aldığı vurğulanır.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.