banner
banner

Sosİal

“Semaşko”da soyğunçuluq - ŞİKAYƏT

“Semaşko”da soyğunçuluq

Kliniki Tibbi Mərkəzdə soyğunçuluq baş alıb gedir.

Tia.az-a daxil olan şikayətdə deyilir ki, baş həkim vəzifəsinə Sultan Əliyevin təyinatı, müəssisədə mövcud nöqsanları daha da artırıb.
Mərkəzin fəaliyyəti daha çox kommersiya əsasları üzərində qurulub. Kliniki Tibbi Mərkəzdə ödənişlər bilavasitə baş həkimin təyin etdiyi qiymətlər cədvəlinə müvafiq olaraq müəyyənləşdirilir. El arasında “Semaşko” adlanan xəstəxanada vətəndaşlar soğan qabığı kimi soyulur.
Xəstələrdən pul rəhbərliyin tələbi ilə alınır. Şöbələrə konkret haqq qoyulub və hər həftə şöbə müdirləri, həkimlər Sultan Əliyevə aldıqlarının hesabatını verirlər. Hər əməliyyatdan baş həkimə müəyyən məbləğdə pul ödənilir.
Məsələn, qeysəriyyə doğuşundan 100 manat, təbii doğuşdan 50 manat, cərrahiyyə laparoskopik əməliyyatlardan 200 manat, sadə əməliyyatlardan 50-100 manat, qəbul şöbəsində hər xəstədən 20 manat yalnız Sultan Əliyevə ödənilir. Mövzunu diqqətdə saxlayacağıq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.