Bolqarıstan millisinin üzvü Simeon Slavçev qışda "Qarabağ"ı tərk edəcək.
Qol.az xəbər verir ki, bu barədə Bolqarıstanın "Meridian maç" nəşri yazıb. Bildirilib ki, 26 yaşlı yarımmüdafiəçi komandanın baş məşqçisi Qurban Qurbanovun planlarında yoxdur. Buna görə ona özünə yeni komanda axtara biləcəyi söylənilib.
Xəbərdə Slavçevlə "Levski"nin maraqlandığı xatırladılıb. Ancaq bolqarıstanlı oyunçunun Sofiya təmsilçisinin təklifinə cavab verməyə tələsmədiyi vurğulanıb.Portuqaliya, Türkiyə və Rusiyadan da təkliflər alan Slavçevin gələcəyi barədə ciddi düşünmək istədiyi bildirilib.
Qeyd edək ki, S.Slavçev ötən ilin yayından Ağdam klubunda oynayır.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb