banner
banner

Dünya

Rus raketləri Tehranda

Rus raketləri Tehranda

BMT Təhlükəsizlik Şurası (TŞ) Tehran üzərindən silah sanksiyalarını götürdükdən sonra Rusiya İrana S-300 raketləri sata bilər. 

Bu barədə bu gün Rusiyada yerləşən Dünya Silah Tijarəti Təhlili Mərkəzinin direktoru İqor Korotçenko bildirib.
Dünən BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən və Almaniyadan ibarət olan “altılıq” ilə İran arasında Tehranın nüvə proqramı üzrə anlaşma əldə edilib. Anlaşılan məsələlər sırasında Avropa Birliyi və ABŞ tərəfindən İrana qarşı birtərəfli iqtisadi sanksiyaların götürülməsi də var. 

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, BMT TŞ İrana qarşı silah embarqosunu da ləğv etməlidir. 

Moskva əvvəlcə İrana raket hüjumu əleyhinə "Antey-2500" sistemlərini satmaq istəyib, amma İran S-300 raketlərinin satılmasına təkid edir. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.