Rusiya millisi Avro-2020-dən kənarlaşdırıla bilər.
Qol.az-ın "BBC"yə istinadən yaydığı xəbərə görə, bu barədə Rusiya Antidopinq Agentliyinin baş direktoru Yuri Qanus məlumat verib. O bildirib ki, Sankt-Peterburqun qitə çempionatının oyunlarına ev sahibliyi etməmə ehtimalı da var: "Hər nə qədər ehtimal olsa da, Rusiya millisi Avropa çempionatından məhrum edilə bilər. Hazırda Rusiya Antidopinq Agentliyi Ümumdünya Antidopinq Agentliyinə (WADA - red.) şərti uyğunluq rejimindədir. Onu saxlamaq üçün biz iki şərti yerinə yetirməli idik. Birincisi, 31 dekabr 2018-ci ilədək ekspertləri Moskva laboratoriyasına ekspertləri buraxmalı və onlara elektron bazanı verməliyik. İkincisi, 30 iyun 2019-cu ilədək maddi məlumatların - WADA-nın araşdırma şöbəsinə verilməsi üçün dopinq-test siyahısının ötürülməsini təmin etməli idik".
Qeyd edək ki, Ümumdünya Antidopinq Agentliyinin İcraiyyə Komitəsi Rusiyanın uyğunluq məsələsindəki problemlər səbəbindən 4 il müddətinə beynəlxalq yarışlardan kənarlaşdırılmasını tövsiyə etdiyi iddia olunur.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb