banner
banner

Dünya

Putinin xəstəliyi haqda xəbərlər həqiqətdir- “The Times”

Putinin xəstəliyi haqda xəbərlər həqiqətdir-

Rusiya prezidenti Vladimir Putinin səhhəti ilə bağlı xəbərlər yenidən gündəmə gəlib. 

Britaniyanın məşhur “The Times” qəzeti Putinin xəstəliyi ilə bağlı xəbərlərin həqiqət olduğunu yazır.

“The Times” bu informasiyanı adı çəkilməyən təqaüddəki ABŞ generallarına istinadən yayır. Məlumata görə, Putinin səhhəti haqda həqiqətlər həmin generallara Rusiya xüsusi xidmət orqanları və hərbi dairələrdəki kolleqaları tərəfindən daxil olub.

Yüksək rütbəli hərbçilərin daxil olduğu “Elba” qrupunun adı çəkilməyən iştirakçısının sözlərinə görə, Putinin martın əvvəlində “gözə görünməməyi” məhz bununla bağlı olub:

“Puti hər şeyi nəzarət altında saxlayır. Bundan əlavə, Rusiya siyasi və mədəni mühiti Rusiya liderinin hər hansı zəifliyini və ya xəstəliyini təsdiqləyəcək dərəcədə inkişaf etməyib”.

Qəzetdə qeyd olunur ki, Putin xəstəliyi ilə bağlı məlumatları şəxsi ictimai imicinin pozulmaması üçün inkar edib. 

Rusiya prezidentinin hansı xəstəlikdən əziyyət çəkdiyi ilə bağlı isə heç bir məlumat verilmir. 

Qeyd edək ki, Putinin mətbuat katibi Dmitri Peskov onun xəstəliyi ilə bağlı xəbərlərə yalnız güldüyünü açıqlamışdı. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.