Ebola qızdırmasının təsdiq edilməsi, ehtimalı və şübhəsi ilə bağlı halların sayı artaraq 10.141-ə çatıb.
4922 nəfər dünyasını dəyişib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, həmin xəbəri Dünya Səhiyyə Təşkilatı (DST) yayıb.
Bu infeksiyaya yoluxan insanların böyük əksəriyyəti üç ölkənin - Qvineya, Liberiya və Syerra-Leonenin payına düşür. Həmin ölkələrdə virusa 10.114 nəfər yoluxub, 4912 adam ölüb.
Nəzərinizə çatdıraq ki, Ebola virusuna qarşı hər hansı vaksin və ya dərman qeydiyyata alınmayıb. Ən ağır vəziyyət Liberiyadadır. Burada 2705 ölüm faktı qeydə alınıb, 4665 adam virusa yoluxub. Ölkənin 64 mahalının 63-də mövcud epidemiya çərçivəsində kəskin virus infeksiyasının yayılması halları, ölüm səviyyəsi 70 faizi ötüb.
Hesabatda Nigeriya, Seneqal, İspaniya və ABŞ-dakı vəziyyət ayrı-ayrılıqda nəzərdən keçirilir. Bu ölkələrdə virusun adı çəkilən ölkələrdən gətirilməsi halları qeydə alınıb. Nigeriya və Seneqalda epidemiya bütünlüklə başa çatmış elan edilib. İspaniyada bir xəstə sağalıb və onun ünsiyyətdə olduğu 83 adamın vəziyyəti izlənilir. ABŞ-da dörd yoluxma və bir ölüm faktı qeydə alınıb, 262 adam müşahidə altındadır.
Hesabatda o da vurğulanır ki, Malidə Ebola virusu aşkar edilən ikiyaşlı qız ölüb. Ölkədə 43 adam nəzarət altındadır. Ölkədə sərbəst hərəkət edən xəstə qızın çoxlu sayda insanı yoluxdura biləcəyindən ehtiyatlanan DST daha əvvəl Malidəki durum “fövqəladə vəziyyət” kimi qiymətləndirib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.