Azərbaycan ordusu irimiqyaslı gecə təlimlərinə başlayır- MN məlumat yaydı
Azərbaycan ordusu irimiqyaslı gecə təlimlərinə başlayır
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında aprelin 5-dən Silahlı Qüvvələrin bütün qoşun növlərinin cəlb olunması ilə ilk dəfə olaraq gecə vaxtı irimiqyaslı əməliyyat-taktiki təlimləri başlayacaq.
Cia.az-ın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, təlimlərə 15 min nəfərədək şəxsi heyət, 200-dək zirehli texnika, raket və artilleriya qoşunlarının 300-dən artıq qurğusu, Hərbi Hava Qüvvələrinin 12 ədəd döyüş helikopteri və 8 ədəd döyüş təyyarəsi, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə bölmələri və zenit-raket birləşmələri cəlb ediləcək. Təlimlərdə Quru Qoşunlarının birləşmə və hissələrinin idarə olunması, hücum əməliyyatlarının təşkili və aparılması, gecə vaxtı və məhdud görmə şəraitində tank və PDM qruplarının düşmənin müdafiə xəttini yarması, eyni zamanda taktiki hava desantının düşmən bölmələrinin arxasına atılması, hücumda olan qoşunların dəstəyi üzrə hava hücumundan müdafiə qoşunlarının qarşılıqlı fəaliyyəti məsələlərinin öyrənilməsi mövzularında tapşırıqlar yerinə yetiriləcək. Gecə şəraitində motoatıcı və tank bölmələri, raket və artilleriya qurğuları, zenit-raket kompleksləri, təyyarə və helikopterlər döyüş atışlı mərmi və raket buraxılışlarını, o cümlədən bombalamanı icra edəcəklər.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.