"Yuventus"unun futbolçusu Kriştiano Ronaldo İtaliyada mükafatlandırılıb.
Qol.az xəbər verir ki, "Galà del Calcio-2019 Gran" mükafatlarının verilməsi mərasimində Portuqaliya millisinin üzvü A Seriyasında başa çatmış mövsümünün ən yaxşı oyunçusu seçilib. O, eyni zamanda ölkə çempionatının ən yaxşı hücumçuları arasında yer alıb.
Digər nominasiyalarda aşağıda adları qeyd olunanlar qalib olub.
Ən yaxşı hücumçular: Kriştiano Ronaldo ("Yuventus"), Duvan Sapata ("Atalanta") və Fabio Kualyarella ("Sampdoriya")
Ən yaxşı yarımmüdafiəçilər: Miralem Pyaniç ("Yuventus"), Yosip İliçiç ("Atalanta") və Nikolo Barella ("Kalyari"/"İnter")
Ən yaxşı müdafiəçilər: Joau Kanselu, Corco Kyellini (hər ikisi "Yuventus"), Kalidu Kulibali ("Napoli") və Aleksandar Kolarov ("Roma")
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.