Türkiyə xüsusi əməliyyat keçirərək Yəməndəki 55 vətəndaşını bu ölkədən çıxarıb. Vətəndaşlarını təxliyyə etmək üçün Yəmənə dəniz qüvvələrini göndərən Türkiyə Ordusu problem yaşamayıb. Silahlı Qüvvələrdən verilən açıqlamada Türkiyə vətəndaşlarının Cibuti limanına çatdırıldığı bildirilir: "Yəməndəki daxili siyasi qarışıqlıqlar və Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya tərəfindən həyata keçirilən hərbi əməliyyat səbəbi ilə Yəmənin Ədən bölgəsində zərər çəkmiş vəziyyətdə olan 55 vətəndaşımız bölgədə olan "TCG Büyükada" tərəfindən Cibuti limanına təxliyyə edilib", - deyə açıqlamada bildirilir.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.