Moskva səması aprelin 6, 8 və 10-da Qələbə paradından əvvəl təyyarələrin təlim məşqləriylə əlaqədar bağlanacaq. Bu günlər ərzində Moskva hava məkanı bağlı olacaq. "Paradda iştirak edən Rusiya Hərbi Hava Qüvvələrinin aviasiya qruplarının hazırlığı üçün Moskva ətrafı "Alabino" meydançasında aprelin 6, 8 və 10-da birinci tam tərkibli məşqlər keçiriləcək. Rusiya Hərbi Hava Qüvvələrinin Baş Qərargahının sorğusu üzrə göstərilən günlərdə Moskva hava məkanında uçuşların təhlükəsizliyinin təmin olunması məqsədi ilə bütün hava gəmilərinin uçuşlarına məhdudiyyətlər qoyulacaq", - deyə xəbərdə bildirilir. Moskva aeroportlarının hava məkanı "Vnukovo", "Domodedovo" və "Şeremetyevo" bu günlərdə səhər saatlarında bir saat təyyarələrin uçuşu olmayacaq.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.