İspaniyaya gedən türkiyəli aktyor Can Yaman yerli televiziyalardan birinə qonaq olub.
Sənətçi fanatlarının suallarını cavablandırıb. Tamaşaçı qismində olan xanımlardan biri ona “buradan Can Yamanın mükəmməl, ideal bir insan olduğunu düşünərək qayıdacağıq. Bizə Can Yamanın bu dünyadan olduğunu sübut edə biləcək nə deyə bilərsən” deyə, sual ünvanlayıb.
Canın bu suala cavabı isə gündəm olub. O, əli ilə arxa otağı göstərərək "Keçək arxa otağa, orada sübut edim" deyə cavab verib. Lakin o, tərcüməçiyə cavabı tərcümə etməyə icazə verməyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.