Oxot dənizində “Dalniy Vostok” balıqçı gəmisinin qəzaya uğraması nəticəsində ölən ekipaj üzvlərinin axtarışı davam edir. Bu barədə Rusiya FHN-in regional idarəsi xəbər yayıb. Oxot dənizində Maqadandan 300 kilometr aralıda batan “Dalniy Vostok” traulerində olan 15 balıqçının taleyi ilə bağlı məlumat hələ ki yoxdur. Hava qaraldığ səbəbilə axtarış əməliyyatları səhərədək təxirə salınıb. Gəminin göyərtəsində 78 Rusiya vətəndaşı və 54 xarici vətəndaş olub. Qeyd edək ki, bu vaxta qədər traulerdə olan 132 nəfərdən 62-si xəsarətlərlə xilas edilib, ümumilikdə 56 nəfərin cəsədi çıxarılıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.