banner
banner

Gündəm

Səfər Mehdiyev: “Şəffaflaşma ilə bağlı hədəflərə demək olar ki, nail olmuşuq”

Səfər Mehdiyev: “Şəffaflaşma ilə bağlı hədəflərə demək olar ki, nail olmuşuq”

“Bu gün bizim ən böyük problemlərimizdən biri əqli mülkiyyətin, eyni adlı məhsulların başqa şirkətlər və yaxud fiziki şəxslər tərəfindən ölkəyə gətirilməsidir. Hesab edirik ki, bu cür problemlərlə, xüsusilə də təmsilçilik institutu ilə bağlı müəyyən texniki problemlərlə bağlı suallar və təkliflər ola bilər”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

O, bu barədə iştirak etdiyi “Caspian European Club” üzvləri üçün keçirilən "B2G Forum"unu şərh edəkrən danışıb.

S.Mehdiyevin sözlərinə görə, gömrük sistemində şəffaflığa demık olar ki, nail olunub: "Şəffaflaşma ilə bağlı hədəflərə demək olar ki, nail olmuşuq. Bəzi işbazlar tərəfindən müəyyən addımlar atılmağa cəhd edilir, amma biz bu işdə əli olan son inspektora qədər təmizləmə işlərini davam etdirəcəyik. “Yaşıl dəhliz” buraxılışı sistemi üzrə ticarət dövriyyəsinin dəyəri bu sonuna qədər 7 milyard ABŞ dollarına çatdırılacaq. Bu isə böyük göstəricidir. Məhz DGK əməkdaşları il ərzində 250 milyon dollar dəyərində qaçaqmalçılığın qarşısını alıb. Təəssüf ki, bunun da əkdəriyyəti narkotik vasitələr, silah- sursatdır”.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.