"Pis oynasaydıq, "Atletiko"ya qalib gəlməzdik" - Valverde
"Barselona"nın baş məşqçisi Ernesto Valverde komandasının hazırkı durumu haqda danışıb.
Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis onlar üçün mövsümün həlledici hissəsinin olduğunu deyib: "Pis oynasaydıq, Vanda Metropolitanoda "Atletiko"ya qalib gəlməzdik. Bəli, bəzən çox yaxşı oynamadan qələbə qazanırsan. Amma bir qayda olaraq La Liqanın çempionu olan komanda ən yaxşı çıxış edəndir. Mövsümün həll edici hissəsidir. Komanda güclüdür və bunun dəyişməsini istəmirik. Çox tənqiddən sonra iki səfər matçında qalib gəldik. Biz çempionatın lideriyik. Komanda həmişə yaxşı oynamağa çalışır. Bu hərdən alınır, hərdən də yox. Fikrimiz hər zaman ən yaxşı oyunumuzu göstərməkdir".
Qeyd edək ki, "Barselona" La Liqadakı növbəti görüşünü bu gün evdə "Malyorka"ya qarşı keçirəcək.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb