Apreldə oğlu Karanı dünyaya gətirən türkiyəli aktrisa Fahriye Evcen ekranlara bir müddət ara verib.
Axşam.az xəbər verir ki, sənətçi ona yeni layihə ilə müraciət edən prodüserlərin qarşısına da bəzi şərtlər qoyub. Övladını özü böyütmək istəyən aktrisa gündə 9 saat çəkiliş meydançasında ola biləcəyini, həftə sonları və rəsmi bayram günlərində də işləməyəcəyini söyləyib. Evcen bəyənəyəcəyi bir layihə olarsa, bu şərtlərlə yenidən ekranlara qayıdacaq.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.