banner
banner

İdman

APOEL Tomas Dollu istefaya göndərdi

APOEL Tomas Dollu istefaya göndərdi

Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alan APOEL-də gözlənilməz ayrılıq baş verib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Nikosiya təmsilçisi baş məşqçisi Tomas Dollu istefaya göndərib. Onun müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.Baş məşqçi səlahiyyətləri müvəqqəti olaraq Lukas Hatziloukasaya həvalə olunub.

Kipr mətbuatı komandanın ölkə çempionatının sonuncu turunda "Olimpiakos"a 0:2 hesablı uduzmasından sonra bu qərarın verildiyini yazıb.

 

Qeyd edək ki, APOEL Tomas Dollun rəhbərliyi altında Avropa Liqasında sona bir tur qalmış 1/16 final mərhələsinə vəsiqəni rəsmiləşdirib. Komanda Avroliqada "Qarabağ"la Bakıdakı oyunda heç-heçə (2:2) edib, evdə qalib (2:1) gəlib. APOEL Kipr çempionatında isə 18 xalla 4-cüdür.

Xatırladaq ki, T.Doll bu ilin avqustundan Nikosiya təmsilçisini çalışdırırdı.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.