banner
banner

İdman

“Qəbələ”nin yeni sponsoru müəyyənləşib

“Qəbələ”nin yeni sponsoru müəyyənləşib

“Qəbələ” İdman Klubunun taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, bu gün təşkil olunan mətbuat konfransında klubun yeni sponsorunun adı açıqlanıb.

“Qəbələ”nin yeni tərəfdaşı “Jalə” Şirələri olacaq.

Qeyd edək ki, 1995-ci ildə yaranan "Qəbələ" İdman Klubunun ilk adı “Göy Göl” olub. Komanda 1995-ci ildən 2005-ci ilədək Xanlar rayonunu təmsil edib. 2005-ci il mayın 4-də klubun adı dəyişdirilərək “Gilan” qoyulub. 2005/06 mövsümündə birinci dəstənin qalibi olan komanda Azərbaycan çempionatının yüksək liqasına vəsiqə qazanıb. 2006-cı ildə yüksək liqada debüt ərəfəsində “Gilan” Xanlar rayonundan Qəbələyə köçürülüb və həmin vaxtdan etibarən komanda Qəbələ şəhərini təmsil edir. 2007-ci il avqustun 31-də “Gilan” PFK adı “Qəbələ” İK adı ilə dəyişdirilib. İki dəfə Avropa Liqasının qrupunda çıxış etmiş “Qəbələ” Azərbaycan kubokunun son qalibidir.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.