banner
banner

Dünya

Meksikada şəhər meri öldürülüb

Meksikada şəhər meri öldürülüb

Meksikanın Oaxaka ştatının Xalapa şəhər meri Arturo Velasqes Yeni il şənliyində qətlə yetirilib.

Naməlum şəxslər şənliyin keçirildiyi binaya daxil olaraq oradakı insanlara odlu silahdan atəş açıblar. Atəş nəticəsində A.Velasqeslə bərabər, Xavier Terrero şəhər rəhbərliyinin işçilərindən biri öldürülüb.

Digər ölən və yaralananlar barədə məlumat verilməyib.

Cinayəti törədən şəxslər hadisə yerindən qaçıblar.

Hüquq-mühafizə orqanları tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.