BMT baş katibi dünyadakı gərginliklə bağlı dövlət başçılarına müraciət edib
BMT baş katibi Antoniu Quterreş dünyada artan gərginlik fonunda ölkə rəhbərlərini təmkinli olmağa və dialoqu yeniləməyə çağırıb.
Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.
Baş katibin sözlərinə görə, bu gün hətta nüvə silahının yayılmaması daha lazım olduğu qədər qəbul edilə bilmir. Antoniu Quterreş bildirib ki, "daha çox ölkələrin gözlənilməz nəticələr və ciddi riskli qərarlar qəbul etməsi gərginliyin artmasına aparır".
Quterreş qlobal gərginliyin artmasını böyük narahatlıqla izləyir. "Mən bütün dünyanın rəhbər şəxsləri ilə daimi əlaqədəyəm. Mesajım sadə və aydındır - eskalasiyanı dayandırın, maksimal təmkinlilik göstərin, dialoqu yenidən işə salın”, - baş katib jurnalistlərə deyib.
O, həmçinin ölkələri beynəlxalq əməkdaşlığın yenilənməsinə dəvət edib. BMT baş katibi müharibədən qaçmağa çağırıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.