banner
banner

İdman

"RB Leypsiq"in müdafiəçisi icarə əsasında "Qalatasaray”a keçib

"RB Leypsiq"in müdafiəçisi icarə əsasında "Qalatasaray”a keçib

"RB Leypsiq"in müdafiəçisi Marselo Saraççi icarə əsasında "Qalatasaray”a keçib.

“Report”un məlumatına görə, bu barədə türk klubunun rəsmi saytında bildirilir.

İyirmi bir yaşlı Uruqvay futbolçusunun icarə razılaşması 2021-ci il ilin yayına qədər nəzərdə tutulub. Saraççi "Qalatasaray"ın heyətində 36 nömrə ilə çıxış edəcək.

"Mən çox-çox xoşbəxtəm. Bura gəldiyim birinci dəqiqədən özümə qarşı xeyirxah münasibət hiss etdim. Bura mənə çox yaxşıdır. Yaxın vaxtlarda etməli olduğum şey meydana çıxmaq və yerli azarkeşlərin sevgisini fəth etməkdir", - Saraççi qeyd edib.

Saraççi "RB Leypsiq”ə 2018-ci ildə Argentinanın "River Pleyt” klubundan keçib. O, cari mövsümdə "RB Leypsiq"in heyətində 7 matçda iştirak edib və 1 qola imza atıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.