Boston Universitetinin tədqiqatçıları aşkar ediblər ki, dərin yuxu insan beyninin potensial zəhərli maddələrdən təmizlənməsinə kömək edir. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, onların tədqiqatının nəticələri "Science" jurnalında dərc edilib. Yeni tədqiqata görə, sinir hüceyrələrinin fəallığının zəifləməsi dərin yuxuda haram iliyin beyinə doğru və geriyə ritmik hərəkətinə məkan yaradır. Alimlərin fikrincə, bu proses metabolizm məhsullarını beyindən yuyur.
Boston Universitetinin biotibb mühəndisliyi kafedrasının dosenti Laura Lüis tədqiqatın nəticələrinə dair hesabatında təsdiq edir ki, ağıldankəmlikdən əziyyət çəkən insanların beyninə anormal şəkildə yapışan zülal - beta-amiloid bu cür "tullantılardandır". Lakin dərin yuxu ağıldankəmliyin və ya digər xəstəliklərin qarşısını almağa kömək edir. Tədqiqatın son məqsədi belə bir problemi başa düşməkdir: nə üçün keyfiyyətsiz yuxu ağıldankəmlikdən tutmuş ürək xəstəlikləri və depressiyayadək müxtəlif xroniki vəziyyətlərin yaranması riskinin yüksəlməsi ilə bağlıdır.
Tədqiqatçılar bundan əvvəl də bilirdilər ki, haram ilik metabolik kənar məhsulların beyindən təmizlənməsinə kömək edir. Onu da bilirdilər ki, bu proses yuxuda güclənir. Lakin bunun necə və nə üçün baş verdiyini bilmirdilər. Buna görə də alimlər bu tədqiqat çərçivəsində invaziv olmayan üsullardan - beyində maye axınının monitorinqi üçün təkmilləşdirilmiş MRT (maqnit-rezonans tomoqrafiya) və beyin hüceyrələrində elektrik fəallığının ölçülməsi üçün elektroensefaloqrammadan istifadə etməklə yuxunu tədqiq etmək üçün tədqiqata 11 sağlam yaşlı adam cəlb ediblər.
Məlum olduğu kimi, yuxunun iki kateqoriyası var: gümrah yuxu (yuxunun göz almacıqlarının sürətli hərəkəti ilə müşayiət olunan mərhələsi) və dərin yuxu. Gümrah yuxu zamanı tənəffüs və ürəkdöyünmə tezliyi nisbətən yüksəkdir. Bu zaman insanlar çox vaxt reallığa uyğun yuxular görürlər. Dərin yuxu dərin və ləng yuxu mərhələlərini əhatə edir. Bu mərhələlərdə baş beyin hüceyrələrinin fəallığının, ürəkdöyünmə tezliyinin və qan dövranının yavaşıması müşahidə olunur. Tədqiqatlar göstərib ki, dərin yuxu gündəlik gərgin işdən sonra yaddaşın konsolidasiyasına və beynin bərpasına şərait yarada bilər.
Amerikalı tədqiqatçıların fikrincə, bu kəşf insan beyninin öyrənilməsində böyük sıçrayış edə bilər.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.