banner
banner

Hərbİ

Azərbaycan sərhədçisi şəhid olub

Azərbaycan sərhədçisi şəhid olub

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbay­can-Ermə­nistan dövlət sər­hə­dindəki təmas xəttində atəşkəs rejimini kobud su­rətdə pozmaqla növbəti dəfə təxribat törədiblər.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən "Report"a verilən məlumata görə, 2020-ci il yanvarın 7-si saat 14:56 radələrində Qa­zax rayonunun Quşçu Ayrım kəndi istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən sərhədçi əsgər Fərzəliyev Fərzəli Əli­mür­səl oğlu şəhid olub.

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quli­yev və digər rəhbər vəzifəli zabitlər hazırda hadisə yerindədirlər, Hərbi Proku­rorluq ilə birgə zəruri tədbirlər həyata keçirilir.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.