banner
banner

İdman

Roman Qriqorçuk: "Top-komandada işləməyə hazıram"

Roman Qriqorçuk: "Top-komandada işləməyə hazıram"

Hazırda Qazaxıstan "Astana"sına rəhbərlik edən "Qəbələ" klubunun sabiq baş məşqçisi Roman Qriqorçuk top-komandada işləməyə hazırdır.

"Report"un məlumatına görə, bu barədə ukraynalı mütəxəssisin özü "TaToTake" internet kanalına müsahibəsində açıqlama verib.

"İndiyədək top-komandada işləməmişəm. Lakin düşünürəm ki, artıq buna hazıram və 100 faiz əminəm" deyən Qriqorçukun fikrincə, istənilən top-komandanın iki keyfiyyətli hücumçusu olmalıdır: "Belə hücumçuları olmayan klubu top-komanda hesab etməzdim və klub prezidentinə nəticəyə nail ola bilməyəcəyimizi deyərdim".

Təcrübəli mütəxəssis Kiyev "Dinamo"suna rəhbərlik etmə şanslarından da danışıb: "Eə bir ukraynalı məşqçi tapmazsan ki, bu klubda çalışmaqdan imtina etsin. Gördüyüm qədərilə "Dinamo"nun böyük potensialı var. Klubun getdiyi yol gənc ukraynalı futbolçuları daha yüksək səviyyəyə çatdırmaqdır. Bu yolu perspektivli görürəm. Amma düşünmürəm ki, yalnız gənclər hesabına yüksək nəticələrə nail olmaq mümkündür".

Qeyd edək ki, 2015 - 2018-ci illərdə "Qəbələ"nin baş məşqçisi olan Roman Qriqorçuk ardıcıl iki dəfə (2015/2016, 2016/2017) mövsümlərində Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.