Məleykə Abbaszadə dövlət qulluğunda işləyənlərə müraciət edib
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dövlət qulluğunda işləyənləri “Yüksəliş” müsabiqəsində fəal iştirak etməyə çağırıb.
“Report” xəbər verir ki, sədr bu günə kimi 3000-dən çox insanın müsabiqə üçün qeydiyyatdan keçdiyini bildirib.
Onun sözlərinə görə, müsabiqə ilə maraqlananların sayı isə 4000 nəfərə yaxındır: “Mən nəinki işi olmayan, hətta daha çox dövlət qulluğunda çalışan insanlara müraciət edirəm. Kim hesab edirsə ki, potensialı tam açılmayıb, karyerasının inkişaf sürəti onu qane etmir, bu müsabiqə onlar üçün çox gözəl imkandır. Onlar bu prosesə qoşulsunlar və nəticə əldə etsinlər. Qeydiyyat mərhələsi bitəndən sonra qeydiyyatı təsdiq olanlara sınaq təşkil ediləcək. Bununla onlar biləcək ki, hansı xüsusiyətər lazımdı və biz nəyi axtarırıq”.
M.Abbaszadə deyib ki, müsabiqə üçün müraciət edənlərdən yalnız 20 faizi qadınlardır: “İmtahan bazar günü və online olacaq. Hətta övladları yanlarında olanda belə imtahan suallarına cavab verə biləcəklər”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.