banner
banner

Dünya

Niderlandda turizm sərgisində erməni təxribatının qarşısı alınıb

Niderlandda turizm sərgisində erməni təxribatının qarşısı alınıb

Niderlandın Utrext şəhərində yerləşən Yaarbeurs beynəlxalq sərgi kompleksində ənənəvi turizm sərgisi təşkil edilib və sərgidə Ermənistanı 3, Gürcüstanı 8 turizm şirkəti təmsil edib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Emil Əliyev sərgi ilə tanışlıq zamanı nümayiş olunan materiallarda Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribat hallarının olduğunu müşahidə edib.

Ermənistanı təmsil edən turizm şirkətlərinin təqdim etdikləri bukletlərdə, eyni zamanda Gürcüstan GroosCom Travel və Niderland Krallığının Kaukasus Reisen Plus turizm şirkətlərinin təbliğat materiallarında Azərbaycanın işqal olunmuş əraziləri ilə bağlı yanlış informasiyalar yer alıb.

Sərgidə Gürcüstan və Niderland Krallığının turizm şirkətləri işğal altında olan Azərbaycan torpaqlarının başqa rənqlə göstərildiyi, həmin ərazilərin "Nagorno Krabakh Republic" və "Artsakh" kimi qeyd olunduğu xəritələrdən istifadə ediblər.

"Təxribat əməli mübahisəyə səbəb olub və Emil Əliyev tələb edib ki, xəritələr və bukletlər dərhal sərgidən yığışdırılsın. Onun bu təklifi ciddi etirazla qarşılanıb, hətta mübahisə zamanı şirkət nümayəndələri soydaşımıza fiziki təzyiq göstərib, onu stenddən uzaqlaşdırmağa cəhd ediblər.

Gürcüstan turizm şirkətlərinin təmsilçiləri guya sərgi üçün başqa xəritə əldə edə bilmədiklərindən bu xəritədən istifadə etdiklərini və yalnız sərgi salonunun rəhbərliyi təlimat versə, hər hansı qadağa müxanizmi olsa, xəritəni yığışdıracaqlarını bildiriblər.

Emil Əliyev dəfələrlə təşkilatçılarla görüşüb və onun ciddi səyi, təkidi təxribat xarakterli materialların sərgidən yığışdırılması ilə nəticələnib.

O, təşkilatçılara bildirib ki, yanvarın 19-na qədər sərgiyə gündəlik nəzarət edəcəyik və israrla tələb edirib ki, təxribat elementləri daşıyan xəritə və bukletlər yenidən istifadə olunmasın", Dövlət Komitəsindən bildirilib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.