banner
banner

Dünya

Fransada məscidlərin sayı iki dəfə artacaq

Fransada məscidlərin sayı iki dəfə artacaq

Yaxın iki ildə Fransada məscidlərin sayının iki dəfə artırılması ideyası irəli sürülüb. 
Bu bəyanatla çıxış edən Fransa İslam Mədəniyyəti Şurasının rəhbəri, Parisin Böyük Məscidinin rektoru Dalil Bubakör bildirib ki, hazırda ölkədə 2200 məscid fəaliyyət göstərir. Bu, Fransada yaşayan yeddi milyon müsəlman üçün azlıq təşkil edir. Ona görə də, iki ildə onların sayını iki dəfə artırmaq lazımdır.
Paris Böyük Məscidin rektoru bu fikirlərini Fransa paytaxtının yaxınlığındakı Burje şəhərində ənənəvi olaraq keçirilən Fransa İslam Təşkilatının konfransında səsləndirib.
D. Bubakör Fransada namaz qılınan yerlərin kifayət etmədiyini , yarımçıq məscidlərin olduğunu, bəzilərinin isə tikintisinin başa çatdırılmadığını, bir çox meriyaların məscidlərin tikintisinə mane olduqlarını diqqətə çatdırıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.