banner
banner

Dünya

Londonda İslam əleyhinə aksiya keçirildi- VİDEO

Londonda İslam əleyhinə aksiya keçirildi-

Pegida anti-İslam hərəkatı Londonda ilk yürüşünü keçirib.

Pegida (Avropa vətənpərvərləri Qərbin islamlaşmasına qarşı) hərəkatı Almaniyada yaradılsa da başqa Avropa ölkələrinə də şaxələnir.

“İndependent” qəzeti yazır ki, yürüşün məqsədi “müsəlmanların Avropa Birliyi ölkələrinə axınının və radikal İslamın necə böyük təhlükə olduğuna diqqət çəkmək"dir. 

Almaniyada olduğu kimi Londonda Pegida ilə eyni gündə UAF anti-irqçi hərəkatı da aksiya keçirib və Pegidanı iştirakçı sayına görə üstələyib.

Toqquşmalara imkan verməmək üçün London polisi tərəflər arasında canlı sədd yaradıb.

Bundan əvvəl Pegida Nyukaslda da aksiya keçirmiş və aksiyaya 400 nəfər qatılmışdı. Pegida İspaniyada da aksiyalar keçirməyə çalışır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.