banner
banner

İdman

Obameyanq “Barselona”ya keçməyə razılıq verib

Obameyanq “Barselona”ya keçməyə razılıq verib

İngiltərənin “Arsenal” klubunun futbolçusu Pyer-Emerik Obameyanq karyerasını İspaniyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, qabonlu hücumçu “Barselona”ya keçməyə razılıq verib.

30 yaşlı forvardın keçidi artıq qış “transfer pəncərəsi”ndə gerçəkləşə bilər. Uruqvaylı hücumçusu Luis Suaresi zədə səbəbindən itirən Kataloniya klubu təcili şəkildə forvard transfer etmək niyyətindədir.

Obameyanqın keçidinin reallaşması üçün iki klub arasında razılığın əldə olunması qalıb. “Arsenal” aparıcı oyunçusunu satmağa can atmasa da, onun müqaviləsinin 2021-ci ilin yayında bitməsi həlledici amil ola bilər. Çünki ilyarımdan sonra futbolçunu azad agent kimi buraxmaq riski londonluların “Barselona” ilə danışıqlar aparmasına əsas verir.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.