Türkiyədə 4 nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə Sakarya – Akyazı magistral yolunun Horozlu kəndi ərazisindən keçən hissəsində baş verib. Qəzaya, təkərlərin partlaması nəticəsində avtomobvilin yoldan çıxaraq dərəyə aşması səbəb olub. Qəza nəticəsində avtomobildə olan 4 nəfər ölüb, 4 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yoldan keçən sürücülərin xəbər verməsi ilə hadisə yerinə polis və təcili yardım briqadaları cəlb olunub. Avtomobildə olanların elçilik üçün İstanbuldan Düzcəyə getdikləri bildirilir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.