Parisdə keçirilən Karate 1 Premyer Liqa turnirində İrina Zaretska finala çıxıb.
Trend-in məlumatına görə, Azərbaycan təmsilçisi norveçli Endrin Hilton, serbiyalı Andriana Vasoviç, çinli Qonq Li və yaponiyalı Kayo Someyanı məğlub edərək həlledici görüşə vəsiqə qazanıb. O, finalda misirli Feryal Abdelazezlə mübarizə aparacaq.
Komandamızın digər üzvü Rafiz Həsənov (67 kq) isə bürünc medal uğrunda yarışacaq. Üçüncü yer uğrunda döyüşdə idmançımızın rəqibi braziliyalı Vinisius Fiqueyradır.
Qeyd edək ki, Azərbaycanı kumite və kata yarışlarında 15 idmançı təmsil edir.
Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu liqa yarışının Paris mərhələsini idarə edən referilər arasında beynəlxalq hakimlərimiz Cahangir Babayev və Vüqar Kərimov da yer alıblar.
Karate 1 Premyer Liqa turnirinə yanvarın 26-da yekun vurulacaq.


