İspaniya La Liqasında XXI turun oyunları başa çatıb.
Apasport.az saytının məlumatına görə, son gündə 5 görüş keçirilib.
Günün ilk 3 matçında ümumilikdə 1 qol qeydə alınıb. İki oyun qolsuz bərabərliklə başa çatıb ki, onlardan birində "Atletiko" öz meydanında "Leqanes"in müqavimətini qıra bilməyərək xal itirib.
"Barselona"nın bir gün əvvəl məğlub olması "Real"a vahid liderliyə yüksəlmək imkanı verib. Naçonun 78-ci dəqiqədə vurduğu qol oyunda yeganə olub və "Real" liderliyi ələ keçirib.
İspaniya La Liqası XXI tur 26 yanvar "Atletiko" - "Leqanes" - 0:0 "Selta" - "Eybar" - 0:0 "Xetafe" - "Betis" - 1:0 Anxel, 89 (pen.) "Real Sosyedad" - "Malyorka" - 3:0 İsak, 46; Qames, 58 (avtoqol); Portu, 81 "Valyadolid" - "Real" - 0:1 Naço, 78
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb