Qadın voleybolçular arasında Çempionlar Liqasına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın qalibi adını Türkiyənin “Əczaçıbaşı” klubu qazanıb.
İstanbul təmsilçisi Şetsendə keçirilən finalda İtaliyanın “Yamamay” klubuna heç bir şans verməyib. 1980-cı ildən ilk dəfə həlledici matçda oynayan “Əczaçıbaşı” 3:0 hesabı ilə qalib gəlib.
Üçüncü yer uğrunda görüşdə isə “Vakıfbank” (Türkiyə) “Ximik”ə (Polşa) eyni hesabla qalib gəlib.
Qeyd edək ki, yarışda mübarizə aparan Azərbaycan klublarında “Rabitə” qrup mərhələsində, “Azəryol” I pley-off mərhələsində Çempionlar Liqasına vida etmişdi.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.