banner
banner

Dünya

Donald Tramp Kobi Brayantın ailəsinə başsağlığı verib

Donald Tramp Kobi Brayantın ailəsinə başsağlığı verib

ABŞ Prezidenti Donald Tramp helikopter qəzasında dünyasını dəyişən əfsanəvi basketbolçu Kobi Brayant haqqında fikirlərini bölüşüb.

"Report"un məlumatına görə, prezident bədbəxt hadisə ilə əlaqədar Brayantın ailəsinə başsağlığı verib.

"Kobi Brayant bütün dövrlərin ən böyük basketbolçularından olmasına baxmayaraq, hələ indi yaşamağa başlamışdı. O, ailəsini çox sevirdi və gələcəyə böyük ümidlə baxırdı. Brayantın gözəl qızı Cannanın ölməsi isə daha böyük faciədir. Bədbəxt hadisəyə görə Vanessa və Brayantın ailəsinə başsağlığı verirəm. Allah hamınızın yanında olsun" - Tramp öz şəxsi "Tvitter" səhifəsində yazıb.

Qeyd edək ki, ikiqat olimpiya çempionu, Amerika Milli Basketbol Liqasının (NBA) beşqat çempionu Kobi Brayant, onun 13 yaşlı qızı və daha 3 sərnişin ABŞ-da helikopter qəzasında dünyasını dəyişib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.