Braziliyada leysan nəticəsində ölənlərin sayı 63-ə çatıb
Braziliyanın cənub-şərqində leysan nəticəsində ölənlərin sayı 63-ə çatıb. AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Braziliyanın xilasedici xidmətləri məlumat yayıb.
Ən çox insan tələfatı (52 nəfər) Minas-Jerays ştatında olub. Yüzdən çox bələdiyyədə fövqəladə vəziyyət elan edilib. Sel və torpaq sürüşməsi səbəbindən 29 mindən çox sakin təxliyə olunub. Espiritu-Santu ştatında 9 nəfər ölüb. Ümumilikdə 13 min insan evlərini tərk etməyə məcbur olub. Təbii fəlakət nəticəsində iki nəfər isə Rio-de-Janeyroda ölüb. Burada da 13 min insanın kütləvi təxliyəsi aparılır
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.