Azərbaycan milli-azadlıq hərəkatının liderlərindən biri olan, Elçibəy iqtidarı zamanı xarici işlər naziri postunu tutan Tofiq Qasımov İsveçrədə vəfat edib.
Bu barədə mərhumun yaxın dostu, onunla birlikdə AMEA-da çiyin-çiyinə işləmiş Mirbaba Babayev sosial şəbəkədə məlumat yayıb.
M.Babayev yazıb:
İsveçrədən acı bir xəbər gəldi: Tofiq Qasım rəhmətə gedib. Xalqımızın başı sağ olsun!
Hamı onu xalq hərəkatının ən öndə gedən liderlərindən biri, dönməz millət vəkili, Azərbaycanın keçmiş xarici işlər naziri kimi tanıyır. Onun nazirliyi dövründə Qarabağ və Kəlbəcərin işğalçılardan azad edilməsi barədə BMT-nin 4 qətnaməsi çıxmışdı. O, Azərbaycanın azadlığı, ərazi bütövlüyü, Azərbaycanda demokratik bir quruluşun yaranması uğrunda canını da qurban verməyə hazır idi və bunu, hərəkətləri ilə dəfələrlə sübut etmişdi.
O, həm də istedadlı fizik idi. Xalq hərəkatı başlayana qədər onun rəhbərliyi ilə 4 nəfər namizədlik dissertasiyası müdafiə etmiş, 2 doktorluq dissertasiyasının qeyri-rəsmi məsləhətçisi olmuşdu. Bir alim kimi, onunla təkcə Azərbaycanda deyil, elmi axtarışları apardığı məşhur Sankt-Peterburq Fizika-Texnika İnstitutunda da hesablaşırdılar.
Tofiq Qasım Azərbaycan xalqının xoşbəxliyi, torpaqlarımızın azadlığı uğrunda mübarizə aparırdı, ancaq Azərbaycanın iki kvadratmetrlik qəbir torpağı da ona qismət olmadı, Məhəmməd Əmin Rəsulazadə, Əlimərdan bəy Topçubaşov... kimi Azərbaycandan kənarda dəfn olundu. Ancaq azadlıq mücahidlərinin əməyi yerdə qalmır.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.