banner
banner

İdman

Baş məşqçisi Renatı tərfilədi - "Onun böyük ürəyi var"

Baş məşqçisi Renatı tərfilədi -

"Vulverhempton"unun 23 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Ceyms Kollinz oyunçusu Renat Dadaşov haqda danışıb.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, “Liverpul”la görüşdə (2:2) qol vuran millimizin hücumçusunu tərifləyib. Kollinz gənc forvardın çox istəkli və çalışqan olduğunu deyib:

"Bura gələndən mənimlə əla münasibətdərir. Onun böyük ürəyi və oyunu idarə etmə bacarığı var. Renatın oyunu üzərində işləmək üçün az vaxt sərf edirik. Sanki bir Roy Roversdir. O, hər şeyi özü etməyi sevir.

Düşünürəm ki, ”Liverpul”la qarşılaşmada o, işini gördü və komandamızın hücum xəttini yaxşı tərəfdən göstərdi. Qol vurması da yaxşı haldır, komandamıza kömək etdi. Bunun üzərində işləməli və daha çox fərqlənməlidir. İstəkli futbolçudur, inkişaf etmək istəyir. Renat səhər yuxudan oyananda belə, sənə hər şeyi verməyə hazır olan bir futbolçudur”.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.